Modern.az

Yaponiya və Şimali Koreya liderləri bu şəhərdə görüşə bilər

Yaponiya və Şimali Koreya liderləri bu şəhərdə görüşə bilər

9 İyun 2018, 15:54

Yaponiyanın baş naziri Sindzo Abe və Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq Rusiyada görüşə bilərlər.

 

Modern.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

 

Hər iki siyasətçi Şərq İqtisadi forumuna dəvət olunublar. Əgər hər iki siyasətçi forumda iştirak edərlərsə, o zaman görüş elə forumda baş tuta bilər.

 

Həmçinin Yaponiya və Şimali Koreyanın yüksək çinli diplomatlarının Ulan-Batorda keçiriləcək təhlükəsizlik konfransında görüşə biləcəkləri də qeyd edilir.

Qeyd edək ki, Şərq İqtisadi Forumu iyunun 11-13-də keçirləcək.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi