Modern.az

Yevlaxda pambıqçılıqla bağlı müşavirə keçirilib

Yevlaxda pambıqçılıqla bağlı müşavirə keçirilib

9 İyun 2018, 17:24

Prezident İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verilən tapşırıqların icrası ilə əlaqədar olaraq Yevlax rayonunda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun, Nazirliyin və tabeli qurumlarının, Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, müvafiq pambıq şirkətlərinin nümayəndələri və pambıq istehsalçılarının iştirakı ilə “Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.

 

Yevlax şəhər icra başçısının müavini  cari ildə rayonda pambıq əkinlərinə hazırlıq, bu sahədə yerinə yetirilmiş işlər və görüləcək işlər barədə ətraflı məlumat verib. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və prespektivlər” mövzusunda çıxış edərək Nazirlik tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran hədəfləri qeyd edib.

 

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin nümayəndəsi İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzələrlə çıxış ediblər.

 

“Yevlax Kənd Təsərrüfatı” MMC-nin, “MKT İK” MMC –nin və “Azərpambıq” MMC-nin nümayəndələrinin çıxışları dinlənilib. Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılaraq müvafiq tapşırıqlar verilib.

Daha sonra müşavirə iştirakçıları becərmə işləri ilə tanışlıq məqsədi ilə pambıq sahəsində olub, pambığın becərilməsi ilə bağlı fermerlərə müvafiq tövsiyələr verilib.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi