Modern.az

Ölkəyə protexniki vasitələrin gətirilməsinin qarşısı alındı

Ölkəyə protexniki vasitələrin gətirilməsinin qarşısı alındı

9 İyun 2018, 20:01

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin arxa qapısında gizlədilmiş, üzərində “Petards” yazısı olan 250 qutu pirotexniki vasitə aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı