Modern.az

Kürdə batan 11 yaşlı uşağın meyiti tapıldı - Yenilənib

Kürdə batan 11 yaşlı uşağın meyiti tapıldı - Yenilənib

9 İyun 2018, 22:20

Kür çayında tapılan cəsəd iki gün əvvəl batan 11 yaşlı oğlana aid olub. Modern.az xəbər verir ki, Hacıqabul rayonunun Meyniman kənd sakini Davud Zərbalıyev həmyaşıdları ilə birgə Kür çayında çimərkən batıb.

Onun cəsədi batdığı yerdən 70 kilometr  aralıda, Kür çayının Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsindən keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

21:42

 

Kürdə meyit aşkarlanıb. Modern.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub. Məlumata görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?