Modern.az

Deputat: “Günnütlülər əsasən heyvandarlıqla məşğul olub”

Deputat: “Günnütlülər əsasən heyvandarlıqla məşğul olub”

Aktual

10 İyun 2018, 14:22

“Günnüt  kəndinin düşməndən azad edilməsi xəbərini eşidəndə çox sevindim. Doğulduğum kəndə yaxındır. Bu, böyük zəfərdir, Azərbaycan ordusunun böyük qələbəsidir. Böyük qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.

 

Bunu Modern.az-a açıqlamasında naxçıvanlı deputat, AMEA-nın vitse -prezidenti, akademik  İsa Həbibbəyli Günnüt kəndinin işğaldan azad edilməsinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, Günnüt Şərur rayonunun dağlıq kəndlərindən biridir.

 

“Yadımdadır ki, o vaxtlar orada 50-yə yaxın ailə yaşayırdı. Kənd əhalisi heyvandarlıqla, arıçılıqla geniş şəkildə məşğul olurdu. Qızılqaya isə doğulduğum Danzik kəndinin yaxınlığında yerləşir. Kəndin azad edilməsi həmçinin, doğulduğum  Danzik kəndinin yuxarı hissəsində olan neytral zonaların tam nəzarətimizə keçməsinə şərait yaratdı”.

 

Qeyd edək ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır