Modern.az

Yanacaqdoldurma məntəqəsində ölüm hadisəsi 

Yanacaqdoldurma məntəqəsində ölüm hadisəsi 

10 İyun 2018, 15:46

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

Modern.az Oxu.az-a istinadən xəəbər verir ki, şəhərin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olan “KİA” markalı avtomobilin sürücüsü qəfil keçinib.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb. Aparılan araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Quliyev Rövşən olduğu məlum olub.

Şahidlərin sözlərinə görə, o, benzin doldurmaq üçün məntəqəyə daxil olub, avtomobili saxlayıb, mobil telefonuna baxdıqdan sonra qulağından qan gəlib və huşunu itirib.

Faktı Sumqayıt şəhər prokurorluğu araşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir