Modern.az

Deputat Tovuzdakı leysanın fəsadlarından danışdı

Deputat Tovuzdakı leysanın fəsadlarından danışdı

10 İyun 2018, 20:02

“Tovuza yağan leysan yağışlarının törətdiyi fəsadlar yavaş-yavaş tam aradan qaldırılır. Bir az əvvəl rayonun icra başçısı ilə də danışdıq. Yağan güclü leysan yağışları nəticəsində Mirzə Ələkbər Sabir və Həzi Aslanov küçələrində yerləşən 6 evin həyətinə və zirzəmisinə dolan suyun çəkilmə işləri sona çatıb”.

Bunu Modern.az-a 105 saylı Tovuz seçki dairəsinin deputatı Qənirə Paşayeva bildirib

 

Q.Paşayevanın sözlərinə görə, keçiddən də sular çəkilib: “Yağan güclü yağışlar zamanı bu vəziyyətin təkrarlanmaması üçün icra başçısı Məmməd müəllim o bölgənin kanalizasiya sisteminin yaxşılaşması ilə bağlı işlər görüləcəyini də vurğuladı. Çox şükür ki, kəndlərimizə, insanlarımızın əkin sahələrinə böyük ziyan dəyməyib. Güclü yağış başlaması xəbərini alandan çox narahat idik. Çünki belə dövrlərdə güclü yağış çox davam edərsə, əkin sahələrinə böyük zərər vurur. Çox şükür böyük zərərlər olmayıb. Kənd insanlarının gəliri kənd təsərrüfatından çıxır  və ciddi problemlər ailənin vəziyyətini ağırlaşdırır. Allah özü kömək olsun insanlarımıza”.

 

Qeyd edək ki, bu gün səhər saat 05.00 radələrindən başlayaraq  2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb. Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil  keçiddə qalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi