Modern.az

Azərbaycana xarici investorların cəlbi üçün proqram hazırlanır

Azərbaycana xarici investorların cəlbi üçün proqram hazırlanır

10 İyun 2018, 21:10

"Yüksək Texnologiyalar Parkı" MMC Azərbaycana xarici investorların cəlb edilməsi üçün proqram hazırlayır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə MMC-dən bildiriblər.

Agentliyin müsahibinin sözlərinə görə, söhbət xarici şirkətlər üçün ölkədə istehsalatın təşkili üçün əlverişli şərait yaradılmasından gedir:

"Bu proqrama əsasən xarici şirkətlər sənaye parkları üzrə rezidentlər üçün nəzərdə tutulan bütün güzəştlərdən (vergi və gömrük) istifadə edə biləcəklər. Bizim planlarımıza potensial istehsalçıların ölkəyə cəlb olunması daxildir və ölkədə yüksək texnoloji məhsulların istehsalı üçün ən münasib yer isə Yüksək Texnologiyalar Parkıdır".

Hazırda Yüksək Texnologiyalar Parkının Mingəçevir filialında "Acer" kompüterləri yığılır. İstehsal Azərbaycanın "H-Tech" şirkəti tərəfindən təşkil olunub. Şirkətin dövriyyə kapitalı ilin sonunadək 10 milyon manata qədər artırılacaq.

Qeyd edək ki, "H-Tech"in hazırkı kapitalı 2 milyon manatdan artıqdır. Şirkət "Acer" brendi altında nettop, masaüstü kompüter və monoblokların yığılmasını həyata keçirir. Texnika sifarişlə istehsal olunur. Texnikanın sifarişçiləri özəl və dövlət sektorlarından müəssisələrdir. Dövlət sektorunda məhsul Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Ədliyyə Nazirliyində, "Azərpoçt" MMC-də və s. istifadə olunur.

"Acer" kompüterlərinin yığılması İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən ayrılmış kredit hesabına təşkil edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir