Modern.az

Həbsxanada güllələnən əsgərin vəziyyəti qənaətbəxşdir

Həbsxanada güllələnən əsgərin vəziyyəti qənaətbəxşdir

10 İyun 2018, 23:11

Ötən gün Bakıda cəzaçəkmə müəssisində hərbçi yoldaşı tərəfindən güllələnən əsgərin səhhəti barədə rəsmi açıqlama verilib. Modern.az xəbər verir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun APA-ya verdiyi məlumata görə, ötən gün qolundan yüngül güllə xəsarəti alan əsgərin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, ötən gün Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. Hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir