Arxiv
11 İyun 2018, 09:43 | İQTİSADİYYAT
“Xəzər”i də “Naz Lifan”ın aqibəti gözləyə bilərmi? - Nazir müavinindən AÇIQLAMA

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün məmurlara səslənərək, onları “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”,- deyə bildirmişdi.

 

Bu çıxışdan sonra “Naz Lifan” almağa axışan məmurların sayı o qədər çoxaldı ki, zavodun icraçı direktoru Musa Abdullayev “Sifarişlər həddən artıqdır, çatdıra bilmirik” açıqlamasını verdi. Amma çox keçmədən, 2017-ci ilin martında Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsalın dayandırıldığına dair məlumatlar gəldi. Həmin vaxt Modern.az-a danışan zavodun icraçı direktoru Musa Abdullayev 2017-ci ilin 3 ayı ərzində cəmi 3 avtomobil satdıqlarını açıqlamışdı.

 

Ötən həftə isə Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan “Khazar” Avtomobil Zavodunda istehsal olunan avtomobillərinin təqdimatı keçirildi. Sabahdan etibarən satışa çıxarılacaq avtomobilləri eyni aqibət gözləyə bilərmi?

Modern.az-ın bu sualını iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov cavablandırıb. N.Səfərov saytımıza açıqlamasında bildirib ki, hər bir layihənin müəyyən şərtlər daxilində yaşama hüququ var:

“Əgər istehsal effekt vermirsə, layihənin davam etdirilməsi əbəsdir. Bunlar bir qədər daha mürəkkəb, daha çox investisiya yatırımı, səy tələb edən məsələlərdir. Zavod SKD 0 prinsipi əsasında qurulub. Bu o deməkdir ki, digər SKD 1 və SKD 2  istehsal prinsiplərindən fərqli olaraq, burda tam istehsal təmin olunur. Bununla da Azərbaycanda maşınqayırma sənayesi sahəsində yeni texnologiyalar və müasir avadanlıqlar tətbiq olunur. Bizim tətbiq etdiyimiz texnologiya bahalı olsa da, nəticədə avtomobilin maya dəyərini ucuzlaşdırır. İkincisi, bizim avtomobillərin istehsalı zamanı daşınma xərcləri azdır. Bu da maya dəyərinə təsir edən əsas amillərdəndir”.

 

Nazir müavinin sözlərinə görə, daxili bazarda olan avtomobillər “Xəzər” avtomobillərilə müqayisədə 30 faizədək bahadır:

“Çindən gətirilən avtomobillərin ən ucuzu 22 min manatdan başlayır. Bizdə isə qiymətlər 14 min manatdan başlayır. Eyni zamanda, ilin sonunadək aşağı sinif avtmobillərin istehsalını nəzərdə tutumuşuq. Ona görə də zavodumuzun tam gücü ilə fəaliyyətə başlamasından sonra istehsalı daha da artıracağına inanırıq. Əksini düşünmürük”.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdəmirdə 5 yeniyetməni it dişlədi 23 May 2019, 23:06 Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52