Arxiv
11 İyun 2018, 11:54 | AKTUAL
Baytarlıq Xidməti regionlarda heyvandarlıq təsərrüfatını yoxladı

9-10 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Yevlax rayonlarında olub. Səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və heyvan sahibləri ilə görüşlər keçirmək olub.  

 

Səfər çərçivəsində B.Rzayev baytarlıq idarələrinin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub. B.Rzayev fermerlərin müraciətlərinin  idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini vurğulayıb.  

 

B.Rzayev həmçinin, İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində yerləşən “AZZA Aqro” MMC-ə məxsus cins iribuynuzlu heyvandarlıq təsərrüfatında olub.

 

Görüşdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların təsərrüfatlara cəlb olunması və s. məsələlər müzakirə olunub. Həmçinin, heyvanların saxlanma, bəslənmə, doğum, sağım və peyvəndləmə şəraiti ilə əlaqədar məlumat verilib. Bildirilib ki, təsərrüfatda saxlanılan heyvanların sağlamlığı tam təmin edilir və baytar həkiminin nəzarəti altında vaxtında peyvəndləmələr aparılır.

Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev görüşün sonunda təsərrüfat sahibinə müvafiq tövsiyələr verib.

 

Səfər çərçivəsində fermerlərlə keçirilən görüşlərdə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin, respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barədə baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22 “Mercedes” beton maneəyə çırpıldı: 1 ölü 17 İyun 2019, 21:13 “Qarabağ” ikinci qrupda yer aldı 17 İyun 2019, 20:56 TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Deputat yazır 17 İyun 2019, 20:37 “Zeko” kanalizasiyadan oğurluq etdi 17 İyun 2019, 20:18 Sabiq prezident məhkəmə zalında öldü 17 İyun 2019, 20:02 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20