Modern.az

Bakıda 3 mərkəzi ərazidə hərəkət məhdudlaşdırılacaq

Bakıda 3 mərkəzi ərazidə hərəkət məhdudlaşdırılacaq

11 İyun 2018, 12:03

Bakıda 3 mərkəzi ərazidə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir