Modern.az

40  il əvvəlin tələbələri Cümhuriyyətin 100 illiyinə toplandılar -  FOTOLAR

40  il əvvəlin tələbələri Cümhuriyyətin 100 illiyinə toplandılar -  FOTOLAR

Aktual

11 İyun 2018, 12:26

Bu günlərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akamediyasında sabiq Zaqafqaziya Ali partiya məktəbinin müdavimlərinin bir qrupunun görüşü keçirilib. Dəyirmi masada Gürcüstanı və Azərbaycanı təmsil edən məktəbi 40 il əvvəl bitirmiş bir qrup  sabiq tələbə  iştirak edib. Dəyirmi masada müzakirə edilən  əsas mövzu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi olub. Dəyirmi masa da söhbət ilk addımlarını Tiflisdən atmış demokratik cümhuriyyətin enişli-yoxuşlu həyat yolundan və görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə rəhbərliyi, yaradıcılığı və quruculuğu ilə müstəqilliyimizin bərpa olunmasından söhbət açılıb.


Çıxış edənlər Milli Məclisin Əmək və sosial siayasət komitəsinin sədri Hadi Rəcəbli, Gürcüstan respublikasının Qori şəhərinin Ağsaqqallar Şurasının sədri Erekli Loladze, qəzet redaktoru Dali Daraxvelidze, pensiyaçı  Zeynal Cabbarov, və digərləri Azərbaycanın, Bakının son illər tanınmaz dərəcədə dəyişdiyinin, əhalinin əhval-ruhiyyəsindəki gümrahlıqda  sabitliyi və digər məsələləri ağız dolusuyla ifadə ediblər. 2 günlük proqram çərçivəsində qonaqlar Milli Məclisdə, Şəhidlər Xiyabanında olub, Heydər Əliyev Mərkəzində maraqlı eksponatlara baxıb, məzarına çiçək dəstələləri qoyub, Bakı Dənizkənarı parkında gəzişib və Azərbaycan mətbəxinin təkrarolunmaz təamlarından bəhrələniblər. Qonaqlar tanınmaz dərəcədə dəyişmiş  Bakı Dəmiryolu Vağzalında qarşılanıb və elə oradan da yola salınıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!