Modern.az

Tbilisidə aksiyalara bir həftə fasilə verildi

Tbilisidə aksiyalara bir həftə fasilə verildi

Dünya

11 İyun 2018, 22:23

Gürcüstanın paytaxtı Tbilisidə parlamentin binası qarşısında keçirilən etiraz aksiyasına fasilə verilib. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə aksiyanın əsas təşkilatçısı Zaza Saralidze parlamentdə yeniyetmələrin qətli ilə bağlı yaradılmış müvəqqəti istintaq komissiyası ilə keçirdiyi görüşdən sonra bildirib.

 

O, parlament qarşısında toplaşmış etirazçılara aksiyaya bir həftə müddətinə fasilə verildiyini deyib: “Aksiya Ramazan ayının başa çatmasından sonra bərpa olunacaq və Pankisi sakinləri də etiraza qoşulacaqlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə