Modern.az

Trampla Kim Çen In nahara nə yeyəcək? - MENYU

Trampla Kim Çen In nahara nə yeyəcək? - MENYU

12 İyun 2018, 10:12

Ağ Ev Donald Tramp və Kim Çen Inın nahar yeməyinin menyusunu açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, liderlərə soyuq qəlyanaltı kimi avakado salatı, “krevetka” kokteyli, kalmar sousu və yaşıl manqo salatı təklif olunacaq.

 

Sonra dövlət başçıları və nümayəndə heyətləri mal ətindən olan qabırğalar (kartofla birlikdə), düyü qatılmış donuz əti, brokolli və Çili sousunun dadına baxacaqlar.

 

Desertə isə qara şokolad, vanil dondurma və fransız piroqu veriləcək.


ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In bu gün Sinqapurda tarixi görüş keçiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir