Modern.az

Azərbaycanın “Polonez” raketləri Yerevanda TƏŞVİŞ yaratdı

Azərbaycanın “Polonez” raketləri Yerevanda TƏŞVİŞ yaratdı

Dünya

12 İyun 2018, 11:47

Ermənistan xarici işlər nazirinin müavini Ruben Rubiyan Belarusun Azərbaycana “Polonez” operativ-taktik raket kompleksini satmasını təəssüflə qarşılayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, erməni diplomat bu məsləni Kollektiv Təhlükəsizlik Şurasının iclasında qaldıracaqlarını deyib.

 

“Təəssüf edirik ki, bizimlə çoxsaylı formatlarda əməkdaşlıq edən və qarşılıqlı müttəfiq öhdəlikləri olan Belarus münaqişədə olduğumuz ölkəyə silah satır. Ermənistanla Belarusla arasında dost münasibətləri nəzərə alsaq, bu məntiqli deyil”-deyə Ruben Rubiyan deyib.

 

Bundan əvvəl, mayda Lukaşenko ilə görüşən baş nazir Nikol Paşinyan Azərbaycana silah satışı ilə bağlı etirazını Aleksandr Lukaşenkoya çatdırdığını və sonuncunun buna normal reaksuiya verdiyini açıqlamışdı.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı