Modern.az

Balakişi Qasımov İTV-də yeniliklər VƏD ETDİ: “Yaxın vaxtları gözləyək”  

Balakişi Qasımov İTV-də yeniliklər VƏD ETDİ: “Yaxın vaxtları gözləyək”  

12 İyun 2018, 13:25

İctimai Televiziyanın yeni baş direktoru Balakişi Qasımov bir neçə gün bundan əvvəlki açıqlamasında müasir Azərbaycanda müasir televizyanın olması üçün əlindən gələni əsirgəməyəcəyini deyib.

O, həmçinin İTV-nin işçilərinə mesaj da verib: “İşləməyi bacaranlar narahat olmasınlar".

Modern.az sayt İctimai Teleradioda hansı yeniliklərin olacağı  barədə məlumat almaq üçün Balakişi Qasımovla əlaqə saxlayıb.

O, əməkdaşımıza yaxın vaxtları gözləməyi məsləhət görüb:

“Hələlik İctimai TV-dəki yeniliklərlə bağlı heç bir açıqlama vermirik. Ancaq yaxın vaxtlarda yeniliklərlə bağlı  açıqlama olacaq. Yaxşı olar ki, yaxın vaxtları gözləyək. Hazırda ətraflı nəsə deyə bilməyəcəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi