Modern.az

Türkiyə bədəlli hərbi xidməti genişləndirmək istəyir

Türkiyə bədəlli hərbi xidməti genişləndirmək istəyir

Dünya

12 İyun 2018, 14:43

Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası bədəlli əsgərliklə bağlı açıqlama verib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partiyanın deputatı Mustafa Elitaş ordunun ehtiyac duyduğunda 2-2,5 dəfə çox çağırışının olması səbəbindən bədəlli əsgərliklə bağlı yeni qanunun qəbul ediləcəyini deyib.

 

“İldə 750-800 min çağırışıçımız orduda xidmət vaxtına çatır. Amma ordumuz cəmi 300 min nəfər ehtiyac duyur. Buna görə, baş nazirimiz dediyi kimi müəyyən məbləğ müqabilində bir qism şəxs əsgərlik keçməkdən azad olunsun ya da onların xidmət müddəti 4 atdan 3 aya endirilsin”.

 

Deputat bununla bağlı 24 iyun parlament seçkilərindən sonra geniş müzakirələrin başlanacağını elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı