Arxiv
12 İyun 2018, 19:45 | İQTİSADİYYAT
TANAP-ın açılışı oldu - YENİLƏNİB

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Modern.az xəbər verir ki, TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi bu möhtəşəm layihə haqqında videoçarxın nümayişi ilə başladı.

Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Mərasimin əvvəlində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak çıxış ediblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Daha sonra Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic, Ukrayna Prezidenti Petro Poroşenko və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Sonra TANAP kəmərinə qazın verilməsi mərasimi olub.

Xatırladaq ki, uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Sonda birgə foto çəkdirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dondurma alarkən diqqətli olun! - XƏBƏRDARLIQ 23 May 2019, 12:05 Ali məktəbələrə imtahansız qəbul ediləcək kollec məzunları onlar olacaq 23 May 2019, 11:53 Qarabağ klanı Paşinyanı devirməyə and içdi 23 May 2019, 11:51 Qadınlara qarşı zorakılıqla bağlı ŞOK STATİSTİKA 23 May 2019, 11:43 İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib 23 May 2019, 11:41 Bakıda evdən 130 min dollar, 10 min avro və 40 min manatlıq qızıl oğurlanıb 23 May 2019, 11:40 Türkiyə ABŞ-dan ultimatum aldıqlarını təkzib edir 23 May 2019, 11:34 Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputat DANIŞDI 23 May 2019, 11:33 Azərbaycan qadın zorakılığı ilə bağlı Avropa Konvensiyasına qoşulacaq 23 May 2019, 11:26 Ağcabədidən Bakıya daşınan leş əti tutuldu 23 May 2019, 11:24 Azərbaycanda kişilərin 32.5 faizi qadınlara zorakılıq edir – BMT rəsmisi 23 May 2019, 11:17 600-dək əlil özünüməşğulluq proqramına cəlb olunub 23 May 2019, 11:11 Komitə sədri qadın zorakılığı ilə bağlı məsələ qaldırdı 23 May 2019, 11:07 Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib 23 May 2019, 11:01 Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir 23 May 2019, 10:58 İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib 23 May 2019, 10:57 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32