Modern.az

Makedoniyanın adı dəyişdirilir

Makedoniyanın adı dəyişdirilir

13 İyun 2018, 00:24

Yunanıstanın baş naziri Aleksis Sipras makedoniyalı həmkarı Zoran Zayevlə Makedoniya Respublikasının konstitusiyada nəzərdə tutulan adının dəyişdirilməsi ilə bağlı ortaq məxrəcə gəlib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki,  razılaşma rəsmi Skopyenin Avropa İttifaqına və NATO-nun üzvlüyünə qəbul olunmasına təkan verə bilər.

 

Məlumata görə, Siprasla Zayev arasında iyunun 12-də baş tutan telefon danışığında bütün ziddiyyətli məqamlar həllini tapıb. Ölkənin bundan sonra Şimali Makedoniya adlandırılacağı bildirilir.

 

Sipraz əldə olunmuş razılaşma ilə bağlı Yunanıstanın dövlət telekanalı ilə çıxış edib.

 

Bundan əvvəl Yunanıstandan olan siyasi partiyalar Makedoniya adının Zoran Zayev tərəfindən təklif olunan yeni variantı ilə razılaşmamışdılar. “İllinden Makedoniyası” adı yunan siyasətçilərin qane etməmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi