Modern.az

“Sasna Tsrer” qruplaşmasının rəhbərliyi azadlığa buraxıldı

“Sasna Tsrer” qruplaşmasının rəhbərliyi azadlığa buraxıldı

13 İyun 2018, 15:23

Yerevan məhkəməsi “Sasna Tsrer” silahlı qruplaşmasının rəhbər şəxslərini məhkəmə zalından azad edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təşkilatın ideoloqu və lideri Jirayr Sefilyan, eyni zamanda, Qevorq Safaryan, Nerses Poqosyan, Sasunik Kirakosyan, Qrayr Topçyan və Qalust Qriqoryan məhkəmə zalından azad ediliblər.

 

Xatırladaq ki, “Sasna Tsrer” qruplaşmasının üzvləri 2016-cı ilin iyulunda Yerevanda polis məntəqəsinə hücum edərək 3 polis əməkdaşını qətlə yetirmişdi. Onlar Serj Sarkisyan hakimiyyətinə qarşı ən radikal qüvvə sayılırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir