Arxiv
13 İyun 2018, 16:43 | AKTUAL
Ramiz Mehdiyev: “Azərbaycan torpaqlarını digər yollarla azad etmək hüququnu özündə saxlayır” 

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdən əvvəl akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Qazaxıstan nümayəndə heyəti üzvlərinin “Tərəqqi” medalı ilə təltif edildiklərini diqqətə çatdırıb və medalları onlara təqdim edib.

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin postsovet məkanında nümunəvi olduğunu qeyd edən Ramiz Mehdiyev ulu öndər Heydər Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında həmişə sıx dostluq əlaqələrinin olduğunu, Ümummilli Liderin Qazaxıstan dövlətinin başçısının fəaliyyətini daim yüksək qiymətləndirdiyini və Prezident Nursultan Nazarbayevin də ulu öndər Heydər Əliyevə böyük hörmətlə yanaşdığını deyib.

Qeyd olunub ki, müstəqilliklərini bərpa etdikdən sonra mürəkkəb dövrlər keçən Azərbaycan və Qazaxıstan Heydər Əliyev və Nursultan Nazarbayevin müdrik siyasəti sayəsində çətinlikləri dəf edərək sürətli inkişaf yoluna qədəm qoyub. Diqqətə çatdırılıb ki, bu gün xalqlarımız və dövlətlərimiz arasındakı dostluq və əməkdaşlıq ənənələri prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində dövlətlərimiz arasında 100-dən artıq sənəd imzalanıb, qarşılıqlı sərmayə yatırımları həyata keçirilib. Beynəlxalq təşkilatlarda ölkələrimiz bir-birini daim dəstəkləyir, parlamentlər arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan akademik Ramiz Mehdiyev torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu deyib. Prezident Administrasiyasının rəhbəri ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, eyni zamanda, Azərbaycanın torpaqlarını digər yollarla azad etmək kimi suveren hüququnu özündə saxladığını vurğulayıb.

Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov Prezident Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycanla bağlı hər şeyə Qazaxıstanda həssaslıqla yanaşıldığını deyən qonaq əsası Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulan möhkəm dostluq əlaqələrinin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. O, bir müddət əvvəl Astanada ulu öndər Heydər Əliyevə həsr edilən kitabın qazax dilində nəşrinin təqdimatının keçirildiyini xatırladıb, bu gün isə Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə bağlı nəşrin Bakıda təqdim ediləcəyini deyib. Bildirilib ki, hazırda Qazaxıstanda 150 minə yaxın azərbaycanlı yaşayır və onlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar. Qazaxıstan nümayəndə heyətinin rəhbəri dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Sonda Mahmud Kasımbekov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə həsr olunmuş kitabı akademik Ramiz Mehdiyevə təqdim edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47