Modern.az

BƏƏ-nin Bakıdakı səfirliyi qiyamçılara etiraz ETDİ

BƏƏ-nin Bakıdakı səfirliyi qiyamçılara etiraz ETDİ

13 İyun 2018, 16:55

“Ərəb koalisiyasının  Yəmənə  müdaxiləsi , eləcə də Hodeyda ətrafında  gedən əməliyyatlar  qanuni  Yəmən hökumətinin xahişinə əsaslanır. Və böhrana dair BMT Təhlükəsizlik Şurasının 2216, 2204, 2201, 2140 saylı qətnamələri daxil olmaqla,  BMT Təhlükəsizlik Şurasının  bütün müvafiq  qətnamələrinə müvafiqdir”.

 

Bu haqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyindən Modern.az-a daxil olan bəyanatda bildirilib.

 

Qeyd olunub ki, ərəb koalisiyasının Hodeydanı azad etmək üçün olan əməliyyatları  Yəmənin qanuni  hökumətinə  strateji limanda təhlükəsizlik və sabitliyi bərpa etmək,  ölkədə humanitar böhranı  yüngülləşdirmək və  siyasi prosesdəki  vəziyyətdən çıxış əldə etmək  məqsədini  daşıyır.

 

Bildirilib ki, husi  qıyamçıları  Hodeyda limanından Səudiyyə şəhərlərini hədəf almaq məqsədi ilə istifadə edirlər.

 

“İran  silahlarını və ballistik raketlərini ölkəyə qaçaqmalçılıqla gətirmək üçün buradan istifadə edilir. Eəcə də  limandan gəlirlərindən özlərinin davam edən  amansız kampaniyalarını maliyyələşdirmək üçün sui-istifadə edirlər.

 

Hodeyda limanını müharibəni  və Yəmən xalqının iztirabını uzatmaq üçün istismar edirlər.

 

Husilərin limanı pis idarə etməsi və  humanitar ehtiyatları tutub saxlamaları Yəməndə  humanitar vəziyyətə pis təsir edib.  Koalisiyanın yardım yükləri tez-tez  qiyamçılar tərəfindən müsadirə edilib və  qara bazara yönəldilib.  Bu, koalisiyanın  humanitar böhranı yüngülləşdirmək  məqsədi daşıyan  öhdəliyini  poza bilməyib”-deyə bəyanatda qeyd olunub.

 

Bəyanatda göstərilib ki, BMT-nin Hodeyda məsələsinin həlli üzrə danışıqlar aparmaq səyləri  davam edir.

 

“Bu məqamda isə  husilər  BMT Elçisi Martin Qriffisin  limanı vermək təkliflərinə təkrar-təkrar  etiraz ediblər.

 

Ərəb koalisiyasının   günahsız yəmənli mülki əhalini  qorumaq və  yardım yüklərinə təhlükəsiz yol təmin etmək  məqsədilə hərbi  həll yolu ilə getməkdən başqa  seçimi qalmadı.

 

Ərəb koalisiyası, həmçinin,  azad olunmuş ərazilərdə  Yəmən xalqının  təxirəsalınmaz və uzun müddətli humanitar ehtiyaclarına cavab vermək məqsədilə Hodeyda şəhəri üçün hərtərəfli  humanitar plan başlayıb.

 

Ərəb koalisiyası BMT-yə və digər qeyri-hökumət təşkilatlarına  planlaşdırdığı fəaliyyəti bildirib və onların  heyətinin   vaxtından əvvəl  Hodeydadan təhlükəsiz keçidini təmin edib.

 

Husi qiyamçılarından limanın geri alınması   işin nəticəsini  siyasi həll yoluna qoymaq və  ilişib qalmış  BMT danışıqlarında təkanı  canlandırmaq  məqsədini daşıyır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub