Arxiv
13 İyun 2018, 17:24 | AKTUAL
İlham Əliyev avqustda yenidən Rusiyaya gedəcəyini anons etdi

“Bütün sahələrdə Azərbaycan-Rusiya münasibətləri nümunəvidir”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

 

Dövlətimizin başçısı Vladimir Putini dövlət bayramı - dünən qeyd olunmuş Rusiya Günü münasibətilə təbrik edib: "Futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə də təbrik etmək istəyirəm. Bu, dünyanın əsas idman hadisəsidir. Əminəm ki, çempionatın özü də çox uğurla keçəcək, bütün qonaqlar razı qalacaqlar.

Bizim münasibətlərimizə gəldikdə, mən də onların inkişafından məmnun olduğumu bildirmək istərdim. Avqustun sonunda Rusiyaya səfərə dəvətinizə görə təşəkkür etmək istərdim. Lakin bu gün də bizim kifayət qədər geniş gündəliyimizdəki cari məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan var".

İlham Əliyev bildirib: "Düşünürəm ki, bizim daimi xarakter daşıyan müntəzəm əlaqələrimiz münasibətlərimizə böyük təkan verir. Biz bunun yaxşı nəticələrini görürük. Bizim qarşılıqlı siyasi fəaliyyətimiz çox yüksək səviyyədədir. Biz etibarlı dostlar və tərəfdaşlar, strateji tərəfdaşlarıq. Siz qeyd etdiyiniz kimi, iqtisadi sahədə dinamika ötən il də, bu il də çox müsbətdir. İqtisadi əməkdaşlığın genişləndirilməsinə dair planlar var. Biz “Şimal-Cənub” layihəsinin həyata keçirilməsinin artıq konkret nəticələrini görürük. Artıq Azərbaycan vasitəsilə Rusiyadan yükdaşımalar artır, bu da bizim fəaliyyətimizin müsbət nəticəsidir. Hesab edirəm ki, bütün sahələrdə, humanitar sahədə bizim münasibətlərimiz, ümumiyyətlə, nümunəvidir. Belə ki, yaxşı dinamikaya, yaxşı nəticələrə nail olduğumuza görə şadam və gələcəyə, əlaqələrimizin möhkəmlənməsinə ümidlə baxırıq.

Dəvətinizə görə bir daha sağ olun".

 

***

 

“Rusiya-Azərbaycan münasibətləri çox uğurla inkişaf edir”.

 

Bunu isə Rusiya Prezidenti Vladimir Putin deyib.

V.Putin dövlətimizin başçısını salamlayaraq bildirib: "Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz. Ümidvaram ki, Moskvada vaxtınızı səmərəli və maraqlı keçirəcəksiniz. Ona görə maraqlı keçirəcəksiniz ki, oyun gözəl olacaq. Ona görə səmərəli keçirəcəksiniz ki, çoxsaylı ölkələrdən çoxlu həmkarlarımız gəlib, hamı ilə söhbət etmək, görüşmək, kiminləsə tanış olmaq imkanı var. MDB üzrə ən yaxın həmkarlarımızla cari məsələlər barəsində informasiya mübadiləsi aparmaq da mümkün olacaq.

Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə, avqustun 30-da Sizin Rusiyaya səfərinizin gedişində həmin münasibətləri hərtərəfli və dərindən müzakirə edəcək, bununla məşğul olacağıq. O vaxta qədər isə həmkarlarımız işləyəcək və Sizin Rusiyaya səfərinizi hazırlayacaqlar.

 

Lakin artıq indidən demək olar ki, bizim münasibətlərimiz inkişaf edir, özü də çox uğurla inkişaf edir. Ötən il ərzində bizdə əmtəə dövriyyəsinin artımı 34,4 faiz, bu ilin birinci rübü ərzində isə daha 19 faizə yaxın olub. Yəni, bu, çox yaxşı artım tempidir və biz bunu dəstəkləməliyik".

 

Rusiya Prezidenti qeyd edib ki, siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir: "Parlamentlərin, ictimai təşkilatların xətti ilə daim əlaqə saxlanılır, humanitar əlaqələr inkişaf edir.

 

Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47