Modern.az

Azərbaycanlı deputat dörd saat dindirildi

Azərbaycanlı deputat dörd saat dindirildi

13 İyun 2018, 21:24

Gürcüstan parlamentinin azərbaycanlı deputatı, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Azər Süleymanova qarşı zorakılıq ittihamı irəli sürülüb. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə A. Süleymanov Rustavi prokurorluğunda dörd saatdan çox davam etmiş dindirilmə və ittihamın irəli sürülməsi prosedurundan sonra bildirib.

 

O, ittihamla razılaşmayaraq, onun siyasi xarakter daşıdığını deyib: “Bu, Baş Prokurorluğun Vahid Milli Hərəkat partiyasına qarşı növbəti siyasi oyunudur. Mənim Marneulidəki insidentdə heç bir günahım yoxdur”.

 

Marneulidə baş vermiş insidentin qurbanı yerli sakin Elçin Allahverdiyevin vəkili Yekaterina Midodaşvili bildirib ki, müdafiə etdiyi şəxs ifadəsində A. Süleymanovu onu fiziki təhqirə məruz qoyduğunu, Marneulinin icra başçısı Temur Abazovun isə ona qarşı seksual xarakterli zorakılıqla hədə-qorxu gəldiyini deyib.

 

 

Qeyd edək ki, bu gün Marneuli rayonunun icra başçısı T. Abazov E. Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb. Faktla bağlı istintaqa A. Süleymanov da cəlb olunub. Deputatın toxunulmazlığı onu saxlanma və həbsdən müdafiə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi