Modern.az

Bakıda boya sexindəki yanğın söndürülüb

Bakıda boya sexindəki yanğın söndürülüb

13 İyun 2018, 21:41

Bakıda boya sexində baş vermiş yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, hadisə Bakının Binəqədi rayonunda baş verib. Belə ki, ümumi sahəsi 1700 m² olan boya istehsalı sexinin ərazisinə yığılmış 174 ədəd (hər birinin həcmi 200 litr) olan boya çəlləklərinin 104 ədədi, sexin tavanına vurulmuş şüşə-pambıq üzlüyü 750 m², 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağın yanar konstruksiyaları və içərisinə yığılmış 2 ədəd (həcmi 3 m³) alkid və 1 ədəd (həcmi 5 m³) olan sintetik tiner məhlulu çəlləkləri, 2 ədəd dəzgah və 3 ədəd avtokarın təkərləri yanıb.

 

Sexin qalan hissəsi və digər çəlləklər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir