Arxiv
13 İyun 2018, 22:33 | AKTUAL
Bakıda “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı oldu

Bu gün Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilib. Modern.az  xəbər verir ki, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovdur.

Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolundan, xalqı və dövləti naminə apardığı mübarizədən bəhs olunur.

Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb.

Nəşrdə Prezident Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlər və şəkillər yer alıb.

Əvvəlcə Nursultan Nazarbayev haqqında “Zamanla seçilmiş” adlı sənədli film nümayiş etdirilib.

Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Beynəlxalq Türk Akademiyasının prezidenti Dаrxаn Kıdıralı, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov çıxış ediblər.

Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan dövlətinin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə Qazaxıstan nümayəndə heyəti üzvlərinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edildiklərini diqqətə çatdırıb və onları bu münasibətlə təbrik edib.

Əli Həsənov çıxışında Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən, eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərin danılmaz rolundan danışıb. Qazaxıstan-Azərbaycan əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu vurğulayan Əli Həsənov bildirib ki, ulu öndər Heydər Əliyev Nursultan Nazarbayevlə çox yaxın dost olub. Dostluq əlaqələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir.

“Filmdə də gördüyünüz kimi, Nursultan Nazarbayev adi bir dövlət başçısı deyil, Qazaxıstanın müasir tarixini yaradan və ölkənin gələcək inkişafının təməlini qoyan şəxsiyyət və liderdir”, - deyən Prezidentin köməkçisi bildirib ki, ötən ilin dekabr ayında Azərbaycan nümayəndə heyəti Qazaxıstanda ulu öndər Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatını keçirib və ölkənin çoxsaylı KİV-lərində həmin kitab haqqında müfəssəl məlumat verilib.

 

Nursultan Nazarbayevin də türk dünyasının liderlərindən biri olduğunu deyən Əli Həsənov kitaba yazdığı “Ön söz”də onu ulu öndər Heydər Əliyevlə müqayisə etdiyini, hər iki liderin hakimiyyətlərinin xarakteristikasını verdiyini diqqətə çatdırıb. “Bizim hər birimiz iki əsrin qovuşuğunda türk dünyasının iki qardaş elinin - Azərbaycan və Qazaxıstan tarixinin ən vacib mərhələsində məhz belə şəxsiyyətlərin siyasət meydanına çıxmalarının, təmsil etdikləri xalqların milli azadlıq hərəkatına rəhbərlik etmələrinin, öz ölkələrini mürəkkəb geosiyasi proseslərdən məharətlə çıxarmalarının, daha yaxşı gələcək naminə zərgər dəqiqliyi ilə işlənmiş milli inkişaf konsepsiyalarını həyata keçirmələrinin əyani şahidiyik”, - deyə Əli Həsənov vurğulayıb.

 

Azərbaycan dövlətinin təşəbbüsü, Prezident Administrasiyasının təşkilatçılığı ilə ərsəyə gələn kitab Azərbaycan oxucusunu Nursultan Nazarbayevin bütün fəaliyyəti və liderlik keyfiyyətləri ilə tanış edir. Əli Həsənov bundan əvvəl Nursultan Nazarbayevlə bağlı Azərbaycan dilinə üç kitabın tərcümə edildiyini xatırladaraq deyib: “Mən kitabın “Ön söz”ündə Nazarbayevi müasir Qazaxıstan dövlətinin banisi kimi xarakterizə etmişəm, ölkələrimizin SSRİ-nin süqutundan sonrakı dövrünün müqayisəsini aparmışam. Qazaxıstan müstəqilliyini bərpa edəndən sonra heç də yaxşı vəziyyətdə deyildi. Belə bir vəziyyətdə Nursultan Nazarbayev yeni dövlət qurmalı idi. Qazaxıstanın sərhədləri də, filmdən göründüyü kimi, həssas vəziyyətdə idi və istənilən vaxt problem yarana bilərdi. Belə bir şəraitdə milli dövlət qurmaq, başqa xalqların nümayəndələrində narazılıq doğurmadan qazax dilini dövlət dili elan etmək olduqca çətin məsələ idi. Bunu Nazarbayev bacardı: ölkədə milli həmrəylik pozulmadı, xalqlar bir-biri ilə dost və qardaş kimi yaşadı. Nursultan Nazarbayev qazax xalqına sahib çıxdı. Qazax xalqı da öz növbəsində ana dilinə və milli mədəniyyətinə sahib çıxdı. Bunu yalnız Nursultan Nazarbayev kimi uzaqgörən siyasi xadim edə bilərdi”.

 

Prezidentin köməkçisi deyib ki, “Nursultan Nazarbayev. Həyat yolu” kitabını vərəqləyən hər kəs türk dünyasının yetişdirdiyi liderlər haqqındakı biliklərini zənginləşdirəcək və böyük dərs alacaq.

 

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatını iki qardaş ölkə arasında böyük dostluğun davamı kimi dəyərləndirib. Azərbaycan və qazax xalqları arasında əlaqələrdən danışan nazir qeyd edib ki, ortaq milli-mənəvi dəyərlər xalqlarımızın birliyini və iki ölkə arasında əlaqələri, dostluğu yaşadan amillərdəndir. Diqqətə çatdırıb ki, kitabda Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə yanaşı, XX və XXI əsrlərdə Qazaxıstanın keçdiyi inkişaf yolundan da bəhs edilir.

 

Nəşrin əhəmiyyətindən danışan AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, türk dünyasının böyük şəxsiyyətləri - Heydər Əliyev və Nursultan Nazarbayev milli maraqların təmin olunması, xalqların rifahı naminə əllərindən gələni ediblər. Onlar həm də yaxın dost olaraq ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə çatdırıblar. Bu ənənə indi də davam etdirilir.

“Bu kitabın məziyyətlərindən biri onun quru publisistikadan, xronikallıqdan uzaq olması və maraqlı bir dillə yazılmasıdır. Necə deyərlər, onu birnəfəsə oxumaq mümkündür”, - deyə Akif Əlizadə vurğulayıb.

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı qeyd edib ki, bu kitab həm də Nazarbayev irsini araşdıranlar üçün dəyərli mənbədir.

 

Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, təqdimatı keçirilən kitab təkcə həyat hekayəsi deyil, qardaş qazax xalqının məişətindən tutmuş ictimai-siyasi, mədəni, iqtisadi mühitini bütün özəllikləri ilə əhatə edən bir əsərdir. Müəllif qazax xalqının həyat tərzini, arzu və istəklərini, qarşılaşdığı çətinlikləri, qazandığı nailiyyətləri obyektiv təsvir etməklə, faktiki olaraq Qazaxıstanın müasir tarixinin salnaməsini yaradıb.

 

Kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Мahmud Kasımbekov vurğulayıb ki, “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşri ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.

“Bu, bizim ilk birgə layihəmiz deyil. Bundan əvvəl Astanada Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatı olub. Belə layihələr münasibətlərimizin daha da genişlənməsinə xidmət edir”, - deyə Mahmud Kasımbekov bildirib.

Tədbir Qazaxıstan incəsənət ustalarının konsert proqramı ilə davam edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdəmirdə 5 yeniyetməni it dişlədi 23 May 2019, 23:06 Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52