Arxiv
14 İyun 2018, 10:48 | AKTUAL
Gəncədə mükafatlandırma mərasimi

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr etdiyi silsilə tədbirlərin mükafatlandırma mərasimini keçirib.

 

Məhsəti Gəncəvi Mərkəzində reallaşan mərasimdə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev,YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, ziyalılar və tələbə-gənclər iştirak ediblər.

 

Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev açaraq, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı hər il ənənəvi olaraq keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, silsilə tədbirlərin keçirilməsində əsas məqsəd Ümummilli liderin dövlətçilik siyasəti, onun zəngin irsinin tədqiqi və təbliği, gənclərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu öndərin xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Tədbirlərin yüksək əhval-ruhiyyədə keçirilməsi dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündən qaynaqlandığını qeyd edən Naqif Həmzəyev, son 15 ildə Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirdiyini diqqətə çatdırıb.

 

Sonra Ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində geniş yer alan “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı, futzal, şahmat və stolüstü tennis turnirləri qalibləri mükafatlandırılıb. Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci və Gəncə Tibb Kolleci tələbələrinin iştirak etdiyi yarışlarda I və II yerləri bölüşdürən komandalar Fəxri fərman, qiymətli hədiyyələrlə təltif ediliblər. Tədbirdə həmçinin partiya fəalları, yarışların hakimləri də mükafatlandırılıblar. Bildirilib ki, bütün yarışlarda ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, fəalları, tələbə-gənclər dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sonsuz sədaqət, məhəbbət, yüksək vətənpərvərlik, hərtərəfli bilik, intellekt və bacarıq nümayiş etdiriblər.

 

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, “Kapital Bank” ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev çıxış edərək, qalib adını qazanan gənclərə uğurlar arzu ediblər.

 

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə keçirilən yarışlar Kapital Bankın və ABC telekom şirkətinin tərəfdaşlığı ilə həyata keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tibb Universitetində bir İLK - Hibrid müdaxilə icra olundu 20 May 2019, 15:20 İsgəndər Həmidov əməliyyat üçün xaricə aparılır 20 May 2019, 15:13 AzTV hərbi vətənpərvərliklə bağlı yeni layihəyə başlayır 20 May 2019, 14:59 Deputat seçiciləri dinlədi   20 May 2019, 14:58 Ömürlük məhbuslara görə Prezidentə müraciət edildi 20 May 2019, 14:40 Sahibkarlıq subyektləri niyə bağlanır? - Deputat fakt açıqladı, iqtisadçı şərh etdi 20 May 2019, 14:34 Havar Məmmədov Gürcüstana getdi – azərbaycanl təlbələrlə görüşdü 20 May 2019, 14:32 Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq 20 May 2019, 14:25 Bakıda gülməli küçə adları: Sallaqxana, Kərpic, Zavod, Pioner,  Komsomol… 20 May 2019, 14:21 Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq 20 May 2019, 14:09 Nazirlik: “Sosial proqramların uğuru bəzi dairələrdə dərin narahatlıq yaradıb” 20 May 2019, 13:45 Kamal Abdulla Hindistan səfiri ilə görüşdü   20 May 2019, 13:40  “Nar” gənclərə iş imkanları təklif edir 20 May 2019, 13:39 “AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir 20 May 2019, 13:37 Sabah yağış yağacaq - PROQNOZ 20 May 2019, 13:36 Arvadı və qızını bıçaqlayan şəxs tutuldu 20 May 2019, 13:27 Nazir: “AvroLiqanın finalı ilə bağlı mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır” 20 May 2019, 13:27 Kürdəmirdə DƏHŞƏT: Ata 2 yaşlı qızını öldürdü 20 May 2019, 13:24 Arif Məlikovun heykəli üçün Komissiya yaradılacaq 20 May 2019, 13:24 Mehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıb 20 May 2019, 13:21 Paşinyan xəyanət İZİNDƏ: “Onlar Qarabağı satmağa hazırdır” 20 May 2019, 13:17 “Seçicilərimdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ 20 May 2019, 13:11 XİN Misirdə saxlanılan azərbaycanlı HAQDA 20 May 2019, 13:10 Xınalıqdakı muzey bələdçisinin möhtəşəm ifası - VİDEO 20 May 2019, 13:07 Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb - PROBLEM 20 May 2019, 12:51 Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi   20 May 2019, 12:47 Ukraynanın müdafiə naziri istefa verdi 20 May 2019, 12:40 Gözlər yoldan yığılarmı... - XIX YAZI 20 May 2019, 12:23 İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı   20 May 2019, 12:14 Avropa Liqasının finalına görə daşıyıcılara tapşırıq verildi 20 May 2019, 12:08 Ukraynanın yeni prezidenti and içdi - Rada buraxıldı 20 May 2019, 11:55 Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır 20 May 2019, 11:50 Abbasqulu ağa Bakıxanovun Quranı, möhürü – REPORTAJ   20 May 2019, 11:35 “20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb 20 May 2019, 11:25 Xoca Əhməd Yəsəvinin həyatı - IV YAZI 20 May 2019, 11:20