Modern.az

Dövlət Gömrük Komitəsinin elektron xidmətləri artıb  

Dövlət Gömrük Komitəsinin elektron xidmətləri artıb  

14 İyun 2018, 11:11

Hazırda elektron hökumət portalı üzrəindən 14 elektron gömrük xidməti göstərilir. Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov bildirib. Onun sözlərinə görə, 2016-cı ildən bu istiqamətdə görülən işlərin nəticəsi olaraq ölkədə bu gün elektron gömrük xidmətləri yüksək səviyyədədir:

“Trans-sərhəd kağızsız ticarətin həlli prosesi isə nisbətən daha az tətbiq edilir".

Onun sözlərinə görə, artıq Özbəkistan, Rusiya, Gürcüstan və İran İslam Respublikası ilə məlumatların mübadiləsi ximəti göstərilir. O qeyd edib ki, hazırda elektron TİR xidməti də tamamlanmaqdadır:

“Bu xidmət tətbiq ediləndən sonra kağız üzərindən xidmətlər tam yığıdırılacaq”.

Komitə rəsmisi deyib ki, Dövlət Gömrük Komitəsi sürətli poçt göndərişləri ilə bağlı layihəyə başlayır: “Layihə ilə bağlı poçt şirkətləri ilə əməkdaşlıq edib, məlumat mübadiləsi aparırlar. Belə ki, göndərilən poçt ilə bağlı ilkin olaraq gömrük orqanlarına məlumat daxil olacaq, bu məlumat əsasında risk təhlilləri aparılaraq göndərilən poçtun yubandırılmadan sürətli keçidinin təmin olunmasına nail olunacaq”.

A.Süleymanov bildirib ki, Azərbaycan BMT-nin ticarətin asanlaşdırılması istiqamətində keçirdiyi sorğuda 3-cü yeri tutur: “120 ölkə arasında ticarətin asanlaşdırılması istiqamətində keçirilən sorğu əsasında 47 tədbir keçirilib. Ümumdünya Ticarət Təşkilatının sazişi əsasında 47 tədbirin keçirilməsi qərarlaşdırılıb. Azərbaycan bu sorğuda 3 -cü yer tutub. Açıq dənizə çıxışı olmayan ölkələr arasında isə 75 faiz göstəricilə Azərbaycan birinci yerdədir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi