Modern.az

Şimali və Cənubi Koreyanın generalları görüşəcək

Şimali və Cənubi Koreyanın generalları görüşəcək

Aktual

14 İyun 2018, 11:15

Şimali Koreya və Koreya respublikası 10  ildən sonra ilk dəfə generallar səviyyəsində danışıqlara başlayıb.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

“İki ölkə arasındakı gərginliyin azaldılması və müdafiə nazirləri səviyyəsində görüşün planlaşdırılması üçün danışıqlar aparılır” – məlumatda bildirilib.

 

Tərəflər həmçinin iki ölkə hərbi komandanlıqları arasında qaynar əlaqə xəttinin yaradılması və sərhədlər arası kommunikasiya xətlərinin tam bərpasını da müzakirə edəcəklər.

 

Danışıqlarda 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı hər iki tərəfdən ölmüş əsgərlərin qalıqlarının axtarılması və dəfn olunması məsələsinin də müzakirə olunması gözlənilir.

 

Qeyd edək ki, generallar səviyyəsində iki ölkə arasında danışıqlar ən son 2007-ci ildə aparılıb.

 

Əvəz ZEYNALOV

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir