Modern.az

Ermənilər TƏŞVİŞDƏ: “Aprel döyüşlərindən  bəri bunu müşahidə etmirdik”  

Ermənilər TƏŞVİŞDƏ: “Aprel döyüşlərindən  bəri bunu müşahidə etmirdik”  

Qarabağ

14 İyun 2018, 15:10

Azərbaycan ordusunun təmas xətti boyu aktivliyini artırması Qarabağ separatçılarını narahat etməyə başlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin “prezident aparatının rəhbər müavini” David Babayan 2016-cı ilin aprelindən bəri cəbhədə ən gərgin situasiyanın yarandığını bəyan edib.

 

“Aprel ayından başlayaraq, Azərbaycan Ordusunun hissələri cəbhənin bütün istiqamətlərində cəmləşirlər. Bakı, yaxud Şamaxıda daimi dislokasiya yeri olan hərbi hissələr təmas xəttinə yaxınlaşıblar. 2016-cı ilin aprelindən bu müşahidə olunmurdu”.

 

Babayan Azərbaycan Ordusunun xüsusən, təmas xəttinin Şərq istiqamətində aktivləşdiyini vurğulayıb.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir