Modern.az

“Müəllimə “Son zəng” çıxışını edib, yerində oturdu, elə oradaca ürəyi dayandı” – Məktəb direktoru  

“Müəllimə “Son zəng” çıxışını edib, yerində oturdu, elə oradaca ürəyi dayandı” – Məktəb direktoru  

14 İyun 2018, 15:34

“Nüşabə Ələkbərovanın sağlamlığından heç bir şikayəti olmayıb”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Köhnəqala kənd orta məktəbinin direktoru Əli Məmmədrzayev deyib. Onun sözlərinə görə, “Son zəng” tədbiri zamanı dünyasını dəyişən Nüşabə Ələkbərova məktəbin ən təcrübəli müəllimlərindən biri idi:

 

“Nüşabə Ələkbərova  11 B sinfinin rəhbəri idi. “Son zəng” tədbirində çıxış etməsi üçün ona söz verdilər. 5 dəqiqə çıxış etdikdən sonra yerində əyləşdi. Elə oturduğu yerdə də ürəyi dayandı. Nüşabə Ələkbərovanın heç bir xəstəliyi olmayıb, bu günə qədər həkimə də getməyib.  30 ilə yaxındır ki, bizim məktəbdə  müəllim kimi çalışır. Şagirdlərlə münasibəti də çox yaxşı idi”.

 

Qeyd edək ki, Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib. Rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbirində rus dili və ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.  Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir