Modern.az

Rövşən Rzayev köçkünlərlə bağlı yeni tapşırıqlar verdi  

Rövşən Rzayev köçkünlərlə bağlı yeni tapşırıqlar verdi   

14 İyun 2018, 16:02

İyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.

Modern.az-ın məlumatına görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev iclası açaraq aprelin 11-də keçirilmiş prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu, İlham Əliyevin yenidən bu ali vəzifəyə seçilməsinin xalq-iqtidar birliyinin möhkəmliyini bir daha nümayiş etdirdiyini vurğulayıb. Dövlət başçısının mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr qoyduğu qeyd edilib, göstərilən etimadı doğrultmaq, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün daha böyük məsuliyyət və əzmkarlıqla çalışmağın zəruriliyi diqqətə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşları, onların sosial rifahı dayanır  ki,  bu baxımdan da məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və layihələr prioritet hesab edilir.

İclasda gündəlikdəki məsələlərə dair müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib, onların yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir