Modern.az

Dindarların uzunömürlülük sirri AÇIQLANDI

Dindarların uzunömürlülük sirri AÇIQLANDI

Dünya

14 İyun 2018, 17:30

ABŞ-ın Ohayo Universitetinin alimləri dindar olmağın insan ömrünü uzatdığı qənaətinə gəliblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar öz araşdırmalarını “Social Psychological and Personality Science” jurnalında dərc ediblər.

 

Araşdırma üçün 42 şəhərdə yaşayan 1100 sakin əsas götürülüb. Onların cinsi, sosial status və digər faktların araşdırılmasından sonra da dindar insanların orta ömrünün 3,8 il daha uzun olduğu aydınlaşıb.

 

Alimlər dindarların çox yaşamasını onların daha çox könüllü təşkilatlarında, xeyriyyə birliklərində təmsil olunmaları, stressə az məruz qalmaları, zərərli vərdişlərdən çəkinmələri  və s. amillərlə əlaqələndirirlər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir