Modern.az

Kim Çen In Putinlə görüşəcək

Kim Çen In Putinlə görüşəcək

14 İyun 2018, 17:33

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə şəxsi məktub göndərib.

 

Modern.az “RBC”ya istinadən bildirib ki, Rusiya prezidentinə gizli məktubu Şimali Koreya Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam təqdim edib.

 

Rusiya prezidenti ilə Namın görüşü zamanı Putin Şimali Koreya liderinə Rusiyaya səfər etmək üçün dəvətini təsdiqləyib.

“Şimali Koreyanın lideri Kim Çen Ina Rusiyaya gəlmək üçün dəvətimizi çatdırmağınızı xahiş edirəm” – Putin bildirib.

 

Rusiya prezidenti Kim Çen Inın Rusiyaya sentyabrda Şərq iqtisadi forumu çərçivəsində və ya başqa bir vaxtda gələ biləcəyini qeyd edib. Görüşün vaxtının Xarici İşlər Nazirliyi xətti ilə müəyyənləşəcəyi bildirilib.

 

Qeyd edək ki, analoji olaraq may ayında Rusiya xarici işlər naziri Sergey Lavrov Şiamli Koreyaya səfəri zamanı Vladimir Putinin şəxsi məktubunu Kim Çen Ina çatdırıb.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir