Modern.az

Ağ Ev yenidən Şimali Koreyaya şərt kəsdi

Ağ Ev yenidən Şimali Koreyaya şərt kəsdi

14 İyun 2018, 17:51

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya tətbiq edilən sanksiyaların qaldırılması şərtlərindən danışıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Pompeo Seulda keçirilən mətbuat konfransı zamanı bildirib.

O yarımadanın nüvə silahlarında tam və geri dönüşü qeyri-mümkün şəkildə təmizlənməsindən sonra iqtisadi sanksiyaların qaldırılacağını bildirib.

 

Pampeo Koreya Respublikasını burada olan müttəfiqlərlə görüşüb Sinqapur görüşünün nəticələri barədə danışıqlar aparmaq üçün ziyarət edib.

O həmçinin tarixi sammitdən sonra ABŞ prezidentinin Cənubi Koreya ilə hərbi təlimlərin sonlandırılması haqda bəyanatını da müzakirə edəcək.

 

Qeyd edək ki, ABŞ dövlət katibi mətbuat konfransında çıxışı zamanı Şimali Koreya KİV-nin ABŞ-ın güzəşt getməyə hazır olması barədə fikirləri də rədd edib.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir