Modern.az

Yeni icra başçısı “Son zəng”də iştirak etdi

Yeni icra başçısı “Son zəng”də iştirak etdi

14 İyun 2018, 18:01

2017-2018-cı tədris ilinin başa çatması münasibətilə 276 nömrəli tam orta məktəbdə də "Son zəng" keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayonu 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ləman Əliyeva, Binəqədi Rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı və məktəbin şagird heyəti, müəllim kollektivi, həmçinin valideynlər iştirak ediblər.

 

 Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başladı. Məzunları təbrik edən məktəbin direktoru əməkdar müəllim Bəhram Şiriyev gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etdi. Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı.

 

Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən Binəqədi Rayon İcra Hakmiyyətinin başçısı Elxan Allahverdiyev müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzuladı. Bildirildi ki, bu gün ölkəmizdə təhsilinin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır.

 E.Allahverdiyev məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları ilə dövlət başçısının rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzuladı. Sonda məktəbin il ərzində dünya, Avropa və başqa beynəlxalq yarışlarda nailiyyətlər qazanmış şagirdlərlə görüşüb söhbət edən Rayon İcra Hakimiyyətinin başçısı E.Allahverdiyev onlarla xatirə şəkli çəkdirdilər. Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tətərəfindən maraqla qarşılandı. Sonra məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalındı. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir