Modern.az

Beşyaşlıların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb ediləcək

Beşyaşlıların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb ediləcək

14 İyun 2018, 20:03

Məktəbəqədər hazırlıq qruplarına cəlb edilən uşaqların ayı hər il artır. Modern.az xəbər verir ki, növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək.

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında bildirilir ki, hesabat ilində məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, beşyaşlıların 65 faizi həddinə çatdırılıb.

Qeyd edək ki, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün beşyaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır