Modern.az

“Qarabağ” İtaliyadan futbolçu almaq istəyir

“Qarabağ” İtaliyadan futbolçu almaq istəyir

17 İyun 2018, 18:01

Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” transfer fəaliyyətini davam etdir.

Modern.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən “Çezena”nın yarımmüdafiəçisi Kərim Laribini transfer etmək istəyir.

Hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, 27 yaşlı sol cinah yarımmüdafiəçisi 2016-cı ildə “Sassuolo”dan “Çezena”ya icarə verilmişdi. Ötən il isə o, birdəfəlik “Çezena”ya transfer olub.

İtaliyanın “İnter” klubunun yetirməsi olan Laribi, gənc yaşlarında “Fulhem” və “Palermo”da da çıxış edib.

Laribi İtaliyanın U-20 və U-21 millilərində çıxış etsə də, 2017-ci ildə Tunis millisində dəvət alıb və 1 oyun keçirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir