Modern.az

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Aktual

19 İyun 2018, 12:31

Azərbaycanda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürborakı kənd sakini Vüqar Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu və 1 kiloqram 41 qram marixuana aşkar edilərək götürülüb.

 

 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayevdən şəxsi axtarış zamanı 0,165 qram heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 450 qram marixuana, 0,32 qram “Metadon” və 0,9 qram “Preqabalin” həbləri, 0,877 qram heroin və 0,457 qram tiryək də aşkar edilərək götürülüb.

 

 

Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Tofiq Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

 

Faktlarla bağlı cinayət işləri başlanılıb.

 

Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı