Modern.az

İsmayıllının Qalacıq kəndində körpünü sel dağıtdı - FOTOLAR

İsmayıllının Qalacıq kəndində körpünü sel dağıtdı - FOTOLAR

21 İyun 2018, 12:53

İsmayıllı rayonun Qalacıq kəndində körpünü sel dağıdıb və 2000 nəfərə yaxın sakini olan kəndin respublika ilə nəqliyyat əalqəsi kəsilib. Artıq üç gündür ki, yol bağlanmağına baxmayaraq, ciddi tədbirlər görülmür. Kənd camaatı bu biganəlikdən narahatçılıq keçirirlər.

Məlumatı Modern.az-a Qalacıq sakinləri veriblər.

Onlar bildiriblər ki, rayonun nəqliyyat idarəsi 1 maşın çınqıl daşı (şebel) gətirib ki, yola töksün. Ancaq haqlı olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları buna icazə verməyiblər.

“Bildirdlər ki, bu daşların körpünün altına tökülməsinin mənası yoxdur, onsuz da çay yuyub aparacaq, sakinlərdə arxayınçılıq yaranar, körpüdən istifadə edərlər və bu daha böyük-insan faciəsinə səbəb ola bilər. Hazırda sakinlər nə işə gedə bilir nə də ərzaqla təmin oluna bilir. Hətta digər yerlərdən kəndə qonaq gələnlər də geriyə qayıda bilmirlər”,-deə sakinlər qeyd ediblər.

Məlumata görə, 1 nəfər kənd sakini apendisit sancısından əziyyət çəksə də, yollar bağlı olduğundan faciəvi hal yaranıb.

“Həmin şəxs hazırda türkə-çarə ilə müalicə olunur. Onu qeyd edək ki, Qalacıq kəndində hətta aptek belə yoxdur. Bu isə vəziyyəti daha da çətinləşdirir. Kənddə həm də hamilə qadınlar var. Hadisə yerinə gələn rayon yol idarəsinin nümayəndəsi özü kənd sakinlərinə deyib ki, “bizə rəhbərlikdən bildirilib ki, onsuz da havalar isinib, leysanın olması ehtimalı azalıb, çınqıl daşlarla birtəhər kosmetik remont edin”. Belə çıxır ki, icra hakimiyyəti bizi başından eləyir”.


Qalacıq sakinləri mətbuat vasitəsilə ölkə rəhbərliyindən kömək istəyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir