Arxiv
22 İyun 2018, 12:19 | AKTUAL
"Qarabağ münaqişəsi Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa ciddi xələl gətirir"

"Dağlıq Qarabağ münaqişəsi kimi real təhdidlər Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa ciddi xələl gətirir".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 22-də Minskdə keçirilən Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin 10-cu qeyri-rəsmi toplantısında çıxışı zamanı deyib.

 

Nazir çıxışında Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələrin inkişafı və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub. O, xüsusilə qeyd edib ki, 2017-ci il Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafında dönüş ili olub və bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının mənzil-qərargahına səfəri və Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş üzrə danışıqların başladığını bildirib.

 

E.Məmmədyarov Şərq Tərəfdaşlığı proqramı çərçivəsində uzlaşma, nəqliyyat, enerji və İKT sahəsində əməkdaşlıq məsələlərinə də toxunub. Nazir Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsinin nəqliyyat və uzlaşma sahəsində Aİ ilə əməkdaşlıq kontekstində mühüm imkanlar yaratdığını deyib. O, həmçinin “Cənub Qaz Dəhlizi”nin açılış mərasiminin keçirildiyini, TANAP layihəsinin artıq başa çatdığını, TAP layihəsi üzrə işlərin isə qrafikə uyğun getdiyini bildirib. “Cənub Qaz Dəhlizi”nin enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.

 

Xarici işlər naziri Aİ ilə Azərbaycan arasında vizaların liberallaşdırılması məsələsindən danışaraq tərəflər arasında bu sahədə də əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi real təhlükəsizlik təhdidlərinin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa ciddi xələl gətirdiyini bildirib:

 

“İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Ermənistanın xarici işlər naziri sülhdən danışırsa, o zaman Ermənistan təhlükəsizliklə də bağlı öhdəlik daşımalı və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”.

 

Nazir bildirib ki, Azərbaycan Aİ ilə təmaslara və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində insanlar arasında təmaslara xüsusi diqqət ayırır. Bu xüsusda o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında əlaqələrin təşviq edilməsinin vacibliyini vurğulayıb, vaxtilə bu kimi uğurlu layihələrin həyata keçirildiyini deyib.

 

E.Məmmədyarov Azərbaycan ilə Aİ arasında Şərq Tərəfdaşlığı çərçivəsində bundan sonra da əlaqələrin inkişaf edəcəyini qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qadınlara qarşı zorakılıqla bağlı ŞOK STATİSTİKA 23 May 2019, 11:43 İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib 23 May 2019, 11:41 Bakıda evdən 130 min dollar, 10 min avro və 40 min manatlıq qızıl oğurlanıb 23 May 2019, 11:40 Türkiyə ABŞ-dan ultimatum aldıqlarını təkzib edir 23 May 2019, 11:34 Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputat DANIŞDI 23 May 2019, 11:33 Azərbaycan qadın zorakılığı ilə bağlı Avropa Konvensiyasına qoşulacaq 23 May 2019, 11:26 Ağcabədidən Bakıya daşınan leş əti tutuldu 23 May 2019, 11:24 Azərbaycanda kişilərin 32.5 faizi qadınlara zorakılıq edir – BMT rəsmisi 23 May 2019, 11:17 600-dək əlil özünüməşğulluq proqramına cəlb olunub 23 May 2019, 11:11 Komitə sədri qadın zorakılığı ilə bağlı məsələ qaldırdı 23 May 2019, 11:07 Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib 23 May 2019, 11:01 Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir 23 May 2019, 10:58 İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib 23 May 2019, 10:57 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47