Arxiv
22 İyun 2018, 16:01 | AKTUAL
BDU rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış etdi

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yunanıstanın Saloniki şəhərində Aristotel Universitetinin ev sahibliyi ilə keçirilən Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin (BSUN – Black Sea Universities Network) 2018-ci il Konqresində və rektorlarının XIII konfransında iştirak edib. Konfransda Azərbaycan da daxil olmaqla 11 ölkənin 35 ali təhsil ocağından rektorlar və nümayəndələr iştirak edib. BMT-nin Davamlı İnkişaf Planının həyata keçirilməsinə yardım məqsədi ilə təşkil olunan tədbir Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 20 illik yubileyinin qeyd olunması ilə başlayıb.

 

Konfransda Azərbaycanın son illər elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən bu təşkilata verdiyi töhfələrdən bəhs edilib. Ruminiyanın elm mərkəzləri ilə BDU arasında nanotexnologiyalar sahəsində aparılan işlərin uğurlu nəticələrindən danışılıb.

Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinə BDU-nun rəhbərlik etdiyi 2002-2004-cü illər intibah dövrü kimi qiymətləndirilib. Şəbəkənin daimi katibliyinin məhz bu illərdə BDU rektoru, akademik Abel Məhərrəmovun rəhbərliyi ilə yaradıldığı qeyd olunub.

 

Konfrasda rektor, akademik Abel Məhərrəmov məruzəsində Prezident İlham Əliyevin elmə və təhsilə göstərdiyi qayğıdan, bu sahədə aparılan uğurlu islahatlardan, həmçinin təhsil müəssisələrinin inkişafından danışıb.

Sonda rektor Abel Məhərrəmova Assosiasiyanın yubiley mükafatı təqdim olunub.

 

Konfransda 2019-cu ildə BDU-nun 100 illik yubileyinin UNESCO və İSESCO ilə yanaşı BSUN-un dəstəyilə qeyd olunması barədə də qərar qəbul edilib. Akademik Abel Məhərrəmovun müəllifi olduğu Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 20 illik dövrünü əhatə edən kitab iştirakçılara təqdim edilib.

Daha sonra çıxış edən BSUN-un İdarə Heyətinin sədri, professor Eden Mahmut Azərbaycanın nüfuzlu təşkilata verdiyi töhfələri yüksək qiymətləndirib.

 

Konfransda Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı məruzələrlə çıxış ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
600-dək əlil özünüməşğulluq proqramına cəlb olunub 23 May 2019, 11:11 Komitə sədri qadın zorakılığı ilə bağlı məsələ qaldırdı 23 May 2019, 11:07 Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib 23 May 2019, 11:01 Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir 23 May 2019, 10:58 İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib 23 May 2019, 10:57 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29