Modern.az

"Şərq"in əməkdaşları Beyləqan, Füzuli və Ağdamda olublar

"Şərq"in əməkdaşları Beyləqan, Füzuli və Ağdamda olublar

Qarabağ

3 Dekabr 2009, 12:23

"Şərq" qə­ze­ti "Qaç­qın və məc­bu­ri köç­kün­lə­rin prob­lem­lə­ri­nin öy­rə­nil­mə­si və işıq­lan­dı­rıl­ma­sı" la­yi­hə­si­nin ic­ra­sı­nı da­vam et­di­rir.  Pre­zi­den­t ya­nın­da KİV-in İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə və­sai­ti he­sa­bı­na hə­ya­ta ke­çi­ri­lən la­yi­hə­nin ic­ra­sı­na sent­yabr ayın­danbaşlanılıb.

La­yi­hə­nin məq­sə­di qaç­qın və məc­bu­ri köç­kün­lə­rin so­si­al du­ru­mu­nun öy­rə­nil­mə­si, on­la­rın üz­ləş­dik­lə­ri prob­lem­lər və ne­qa­tiv hal­la­rın araş­dı­rıl­ma­sı, mü­əy­yən­ləş­di­ril­miş fakt­la­rın döv­lət struk­tur­la­rı­nın nə­zə­ri­nə çat­dı­rıl­ma­sı, həm­çi­nin 1 mil­yon in­sa­nın Er­mə­nis­ta­nın iş­ğal­çı si­ya­sə­ti­nin qur­ba­nı­na çev­ril­mə­si­ni bey­nəl­xalq alə­mə, təş­ki­lat­la­ra, dip­lo­ma­tik kor­pus­la­ra çat­dır­maq­dan iba­rət­dir.

La­yi­hə­nin ic­ra­sı­nın üçün­cü ayın­da "Şərq" qə­ze­ti­nin əmək­daş­la­rı məc­bu­ri köç­kün­lə­rin kom­pakt şə­kil­də məs­kun­laş­dıq­la­rı ra­yon­lar­da olub­lar. Bu gün­lər­də qə­zet əmək­daş­la­rı Ağ­dam, Bey­lə­qan və Fü­zu­li ra­yon­la­rı­na sə­fər edə­rək adı­çə­ki­lən ra­yon­lar­da məs­kun­laş­mış məc­bu­ri köç­kün­lə­rin hə­yat şə­rai­ti ilə ma­raq­la­nıb­lar. Sə­fə­rin nə­ti­cə­si ola­raq bu gün­lər­də qaç­qın şə­hər­cik­lə­rin­dən re­por­taj­la­rın ha­zır­la­na­raq "Şərq" qə­ze­tin­də işıq­lan­dı­rıl­ma­sı nə­zər­də tu­tu­lub. Həm­çi­nin la­yi­hə­nin ic­ra­sı­nın ikin­ci döv­rün­də Bi­lə­su­var və Də­və­çi ra­yon­la­rın­da məc­bu­ri köç­kün­lər üçün sa­lın­mış şə­hər­cik­lə­rə jur­na­list sə­fər­lə­ri­nin təş­kil olun­ma­sı nə­zər­də tu­tu­lub.

Bun­dan baş­qa la­yi­hə­də "Qaç­qın və məc­bu­ri köç­kün prob­le­mi" möv­zu­sun­da də­yir­mi ma­sanın ke­çi­ril­mə­si, qaç­qın və məc­bu­ri köç­kün­lə­rin so­si­al şə­rai­ti, prob­lem­lə­ri  ilə bağ­lı mə­lu­mat­la­rın in­gi­lis di­li­nə tər­cü­mə edi­lə­rək sə­fir­lik­lə­rə, di­as­po­ra təş­ki­lat­la­rı­na gön­də­ril­mə­si,  CD-nin ha­zır­lan­ma­sı nə­zər­də tu­tu­lub. Həm­çi­nin la­yi­hə­nin ye­ku­nun­da mət­bu­at konf­ran­sı ke­çi­rə­rək 4 ay müd­də­tin­də gö­rül­müş iş­lər­lə bağ­lı mə­lu­ma­tın ic­ti­ma­iy­yə­tə açıq­lan­ma­sı planlaşdırılır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!