Modern.az

ASAN-Xidmət işçilərinin sayı artırılıb

ASAN-Xidmət işçilərinin sayı artırılıb

Aktual

27 İyun 2018, 13:41

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 655 ştat vahidindən 715-dək artırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir