Modern.az

Cənubi Qafqazın ən böyük milli parkından REPORTAJ

Cənubi Qafqazın ən böyük milli parkından REPORTAJ

27 İyun 2018, 14:00

“Təbiətimiz-evimizdir­" adlı ekoloji turumuz davam edir. Yayın isti vaxtında üz tutduğumuz məkan sözün əsl mənasında sərinlik ab-havası yaşatdı. Sadəcə, bu yerlərə təbiətin bu çağında səyahət etmək lazımdır. Elə isə başlayaq....

 

Modern.az saytı növbəti reportajını təqdim edir:

 

Növbəti media tur zamanı mətbuat nümayəndələri olaraq Azərbaycanın 6 rayonunu əhatə edən Şahdağ Milli Park­ında olduq. Təbii, layihəmizin məqsədi də sadədir. Yerli və xarici turistləri Azərbaycanın milli parkları ilə tanış etmək ekoturizmə dəstək olmaqdır.

 

Gedin, gəzin, doyunca dincəlin!

 

Şahdağ Cənubi Qafqazın ən böyük milli parkıdır. Xüsusi mühafizə olunan təbiət ərazilərindəndir. Milli Parkın  ərazisi 130 508 hektardır. Park ölkənin ən əhəmiyyətli dağ və meşə landşaftını özündə birləşdirir. Milli Park İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində yerləşir. Öncə Milli Parkın İnzibati Bina Kompleksində olduq. Burada müasir tələblərə cavab verən iş şəraiti formalaşıb.

Aydındır ki, insanları parkın ərazisinə daxil olmaq daha çox maraqlandırır. Ya fəslidir. İndi insanlar gününü daha çox təbiət qoynunda keçirtmək istəyir. Elə isə tələsin. Park bazar günü istisna olmaqla hər gün saat 09:00-dan 18:00-dək açıq olur. Milli Parkın 49 marşrutu mövcuddur. Parkın ərazisinə daxil olmaq üçün birgünlük icazə 2 manat təşkil edir, məktəblilər və 6 yaşına kimi olan uşaqlar üçünsə giriş pulsuzdur.

 

Xanəgah və Girdah şəlaləsində sizi piknik gözləyir

 

Xanagah və Girdah şəlaləsi Milli Parkın Quba bölməsi, Rustov meşəbəyliyində yerləşir. Rayon mərkəzindən təxminən 30 km aralıdadır. Şəlaləyə çatmaq üçün ərazini piyada getməlisiz. Piyada yuxarı qalxdıqca təbiəti daha yaxından seyr etmək imkanımız olur. Elə ki, şəlalənin yaxınlığına çatırsan, turistlər üçün istirahət yerləri qarşına çıxır. İndi gəl, bu yerdə dincəlmək istəmə.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, hər kəs Azərbaycan milli parklarında istirahət edə bilər:

“Təbiət bəşəriyyətin insanlara bəxş etdiyi ən böyük nemətlərindən biridir. Ona ziyan vurmadan qoynunda dincəlmək, gözəlliklərindən zövq almaq mümkündür. Hər birimiz milli parklarımızda dincələ bilərik. Əsas odur ki, qaydalara riayət edək”.

İradə xanımın təbirincə desək, əsas odur ki, qaydalara riayət edək. Xeyli dincəldikdən sonra üzü şəhərə yol alırıq. Gedirik ki, növbəti dəfə gələ bilək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir