Modern.az

Antalyada meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub

Antalyada meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub

27 İyun 2018, 14:00

Antalyada qaldığı evdə meyiti tapılan azərbaycanlı iş adamının Ukraynadakı azərbaycan diasporunun fəallarından olduğu bəlli olub.

 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, Məcid Nuxiyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi olub.

 

O, əslən Kürdəmir rayonundandır. Bir müddət əvvəl Nuxiyev qışda soyunaraq küçədə qarın üstündə uzanmışdı və fotoları sosial şəbəkələrdə yayılmışdı. Onun bədənində döymələr olub və bəzi sosial şəbəkə istifadəçiləri bunun Nuxiyevin kriminal keçmişinə işarə edə biləcəyini yazıblar. Habelə o, müsahibələrindən birində demişdi ki, Azərbaycandan bəzi deputatlar Ukraynaya əxlaqsız qadınlarla görüşmək üçün gəlir.

 

Nuxiyevin ölümünün intihar, yoxsa qətl olduğunu Türkiyə polisi araşdırır.

Qeyd edək ki, fevral ayından bəri qəsəbənin Yeni məhəllə adlanan ərazisində tək yaşayan azərbaycanlı 64 yaşlı biznesmendən xəbər ala bilməyən ev sahibi ötən gün onun yaşadığı mənzilə gedib. O, qapını nə qədər döysə də, açan olmayıb və evdən gələn kəskin qoxudan şübhələnərək polisə müraciət edib.

 

Əraziyə gələn polis əməkdaşları qapını xüsusi alətlərlə açaraq evə daxil olublar. Məcid Nuxiyev evin yataq otağındakı paltar şkafında elektrik kabeli ilə boynundan asılmış vəziyyətdə tapılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...