Modern.az

“Lütfi Zadənin qəbirüstü abidəsi 30 faiz hazırdı, ilinə qədər yekunlaşacaq” – Ömər Eldarov

“Lütfi Zadənin qəbirüstü abidəsi 30 faiz hazırdı, ilinə qədər yekunlaşacaq” – Ömər Eldarov

Aktual

27 İyun 2018, 15:30

“Hazırda qəbirüstü abidənin 30%-i tamamlanıb. Lütfi Zadənin il dönümünə yaxın yekunlaşdırarıq”.

Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov deyib. Onun sözlərinə görə, artıq  9  aya  yaxındır ki, abidənin hazırlanması istiqamətində işlər gedir.

“Dahi alimimiz Lütfi Zadənin ölüm tarixi 6 sentyabrdadır. Bunu nəzərə alaraq deyə bilərəm ki, qəbirüstü abidə həmin tarixdən 1 həftə - 10 gün qabaq layihədə nəzərdə tutulduğu kimi hazır olacaq. Hər şey layihədə yazıldığı formada işlənir, iş prosesində heç bir dəyişiklik edilməyib. Hazırda qəbirüstü abidənin 30%-i tamamlanıb. Qalan hissəsi isə sentyabrın 6-na – alimin  vəfatının  ildönümünə  kimi yekunlaşar”.

Xatırladaq ki, Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından  əvvəl  Azərbaycanda dəfn edilməsi ilə bağlı vərəsə məktubu yazıb.

Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri xiyabanda dəfn edilib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 9 ay keçsə də, onun qəbirüstü abidəsi hələ də hazır deyil.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı