Modern.az

Mahmud Məmmədquliyev Yerevandakı beynəlxalq tədbirdə iştirak etdi

Mahmud Məmmədquliyev Yerevandakı beynəlxalq tədbirdə iştirak etdi

Aktual

27 İyun 2018, 18:49

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu gün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının Ermənistanda keçirilən iclasında iştirak edib.

 

Bunu Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

 

Yerevanda keçirilən iclasda nazir müavini Mahmud Məmmədquliyev çıxış edərək hərbi münaqişə və davam edən işğalın regionun iqtisadi-ticarət potensialından tam istifadə etməyə imkan vermədiyini qeyd edib.

 

Mahmud Məmməquliyev əlavə edib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğaldan azad etməməsi və öz qoşunlarını çıxarmaması nəticə etibarilə Ermənistanın özünü ticarət, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə regional əməkdaşlıqdan kənarlaşdırır.

 

Azərbaycana qarşı davam edən işğalın Ermənistanın özünü iqtisadi artım və ticarət imkanlarından məhrum etdiyini deyən nazir müavini regionda dövlətlərin bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında regional əməkdaşlıq və ticarət münasibətləri qurmalı olduğunu diqqətə çatdırıb.

 

Mahmud Məmmədquliyev Azərbaycana qarşı işğalın davam etməsinin bunun bu gün regionda mövcud olan və təəssüf doğuran reallıq olduğunu qeyd edərək, məsələlərə düzgün yanaşılmasının və problemləri öz adları ilə çağırılmasının vacibliyini gündəmə gətirib.

 

QDİƏT-in məqsəd və məramlarının dövlətlərdən birinin digərinin ərazi bütövlüyü və təbii resurslarına iddia irəli sürmədiyi sabitlik və sülh məkanı yaratmaq olduğunu xatırladan nazir müavini Azərbaycanın heç kimə qarşı hər hansı iddiasının olmadığını, əksinə sabit, etibarlı və mehriban qonşuluğun hökm sürdüyü mühiti təmin etmək üçün sərmayə yatırımı, ticarət və qarşılıqlı faydalı əməkdaşlığa çalışdığını vurğulayıb.

 

Həmçinin, çıxışı əsnasında Mahmud Məmmədquliyev QDİƏT-in ehtiyac duyduğu islahatlara, nəticə yönümlü sahəvi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə də diqqəti çəkib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!