Arxiv
28 İyun 2018, 22:59 | ÖLKƏ
Ermənistanın Gürcüstanda təxribat planları, yaxud Dövlət Komitəsi erməniləri niyə narahat etdi?

Gürcüstan Azərbaycanın şimal-qərb qonşusu və Cənubi Qafqaz regionunda ən etibarlı tərəfdaşıdır. Bakı və Tbilisi arasında həm siyasi, həm iqtisadi, həm də iqtisadi kontekstdə konstruktiv dialoq qurulub.

 

Bu dialoq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Bakı-Tbilisi-Ceyhan neft xəttinin və Bakı-Tbilisi-Ərzurum qaz xəttinin çəkilişi ilə bütün mənalarda keyfiyyətcə yeni səviyyəyə qalxıb. 

 

Ermənistan həm Azərbaycan, həm də Gürcüstan üçün təhlükə mənbəyidir 

 

Münasibətlərin mexanizmi elə qurulub ki, həm Gürcüstan, həm də Azərbayncanın hazırki və gələcək xarici kursu ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üzərində köklənib. Parael olaraq, hər iki ölkənin separatizm xəstəiliyindən əziyyət çəkməsi, müstəqilliyinin ilk illərində təcavüzə uğraması da münasibətləri yaxınlaşdıran amillərdən sayılır. Təəssüflə qeyd edilməlidir ki, həm Azərbaycan, həm də Gürcüstan üçün Ermənistan təhlükə mənbəyidir. Fərq odur ki, Qarabağda açıq görünən Ermənistan Abxaziyada hələlik pərdə arxasında oynayır.  Bütün bunları isə şübhəsiz ki, Azərbaycan və Gürcüstan rəhbərliyi bilir və çıxış yolu kimi birliyə üstünlük verir.

 

Bu fonda Gürcüstanda yaşayan 500 mindən çox  azərbaycanlının mövculduğu, fəaliyyəti Bakı-Tbilisi münasibətlərində əsas yerlərdən birini tutur. Gürcüstanın çoxmillətli və multikultural cəmiyyətində rəngarəgliyə önəmli töhfə olan Borçalı və Tbilisi azərbaycanlıları daim vətəndaşı olduqları ölkənin milli maraqlarından çıxış etməklə yanaşı, soydaşları olduqları  Azərbaycan Respublikasına da loyallıqları ilə seçilirlər.

 

Təəssüf ki, bütün sahələrdə olduğu kimi, Gürcüstan-Azərbaycan münasibətlərində, Gürcüstandakı Azərbaycan icmasına və onun diasporal təşkilatlanmasına qarşı ermənilər tərəfindən gizli və açıq təxribatlar həyata keçirilməkdə davam edir.

 

Uzun illərdir ki, Ermənistan hakimiyyəti və onun Gürcüstandakı erməni agentləri hər vəchlə Bakı və Tbilisi arasında gərginlik yaratmağa, uydurma, saxta məlumatlarla gürcü millətçilərini qızışdırmağa cəhd göstərir. 

 

“Qara piar” kampaniyasının əsas oyunçuları 

 

Bu “qara piar” kampaniyasının əsas oyunçularını tanımaqda böyük fayda var. Gürcüstanda antiazərbaycan isteriyası yaratmağa çalışanlar arasında ilk növbədə Vaaqn Çaxalyanın adını çəkmək olar. 2005-ci ildə "Vaih Cavaxk” təşkilatını yaradan Çaxalyan Gürcüstandakı erməni məktəblərində erməni dili fəninin saatlarının azaldılması bəhanəsi ilə Axalkalaki şəhərində bir sıra aksiyalar təşkil etmişdi.

 

Məhz Çaxalyan 2005-ci ilin martında Cavaxetiya regionunda yerləşən Rusiya hərbi bazalarının çıxarılmasına qarşı çıxış etmişdi.

 

Radikallaşan Çaxalyan Mixail Saakaşvili hakimiyyəti və Gürcüstanın təhlükəsizliyi üçün ciddi təhlükə törədirdi. Təsadüfi deyil ki, bu erməni millətçisi 2008-ci il iyulun 20-də gürcü polisi tərəfindən həbs olunmuşdu. Evində döyüş sursatları tapılan Çaxalyan yalnız 2013-cü ilin yanvarında amnistiya nəticəsində azadlığa çıxmışdı. Bununla belə, o, separatçı ritorikasından imtina etməyək təhlükəli fəaliyyətini davam etdirir.

 

Ermənistanda fəaliyyət göstərən marginal siyasi partiya – “Əriklər ölkəsi”nin lideri Arpine Ovannisyanın Cavaxetiya bölgəsinə səfəri zamanı yerli erməniləri ayağa qalxmağa səsləməsi, onları öz hüquqlarını qorumağa çağırması da Tbilisi ilə Yerevan arasında gərginlik doğurmuşdu.

 

2018-ci ilin yanvarın 31-də Postancyan tərəfdarları ilə Gürcüstana daxil olmaq istəyən zaman gürcü sərhədçiləri tərəfindən ölkəyə buraxılmamışdı. Ölkənin milli təhlükəsizliyinə təhdid olduğu üçün  Serj Sarkisyanın başçılıq etdiyi “Respublika” partiyasının üzvü, əslən Cavaxetiyadan olan separatçı deputat Şirak Torosyan da analoji qadağa ilə qarşılaşmışdı.

 

Gürcüstanda Azərbaycan maraqlarına qarşı fəal olan şəxslər arasında “Çoxmillətli Gürcüstan” Vətəndaş Hərəkatının lideri və keçmiş parlament üzvü Arnold Stepanyanın da adını çəkmək olar. Şöhrətpərəst siyasətçi liberal fon verdiyi təşkilatının və Yerevandan aldığı təlimatlar əsasında Gürcüstanda müxtəlif səpkili tədbirlər, dəyirmi masalar təşkil etməklə gözdən pərdə asmağa, Gürcüstandakı fəal azərbaycanlı gəncləri əməkdaşlığa cəlb etməyə çalışır. 

 

Səfirin antiAzərbaycan siyasəti 

 

Bundan başqa, erməni kilsəsinin Gürcüstan Yeparxiyasının rəhbəri Vazgen Mirzaxanyan da Gürcüstanda Azərbaycanın artan nüfuzunu azaltmağa səy göstərən şəxslərdəndir. Bu əslində, təəccüblü deyil. Erməni kilsəsinin həmişə xarici ölkələrdə Yerevanın iradəsini, türk düşmənçilyini yaydığını dəfələrlə xatırlamaq olar. Yeparxiya Cavaxetiya və Tbilisidə yerləşən kilsələrinin nəzdində əsasən gənclərin təmsil olunduğu dərnəklər yaradaraq 24 aprel günü “erməni soyqırımı” aksiyaları təşkil edir, Tbilisidə Türkiyə səfirliyi önündə aksiyalar keçirir.

 

AntiAzərbaycan siyasətinin aparılmasında Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanın da adı çəkilməlidir. Sadoyan 2017-ci il oktyabrın 31-də Sarkisyanın imzası ilə səfir göndərilib. Maraqlıdır ki, rəsmi Yerevan ilk olaraq bu posta politoloq Sergey Minasyanı təyin etmək istəyirdi. Lakin bütün diplomatik etiket qaydalarının ziddinə olaraq, Ermənistan hakimiyyəti Gürcüstanla onun namizədliyini müzakirə etmədən mətbuata bu barədə xəbər sızdırmışdı.

 

Gürcüstan prezidentinin keçmiş aparat rəhbəri Petre Mamradze bunu Ermənistan hakimiyyətinin təxribatı adlandırmışdı. Diplomatik qalmaqaldan sonra əslən Axalkalikdən olan və Tbilsiinin ünvanına zamanında yersiz ittihamlar səsləndirən Minasyan Rumıniyaya səfir göndərilmişdi. 

 

Ermənistanın Gürcüstanda azərbaycanlılara qarşı cəbhə açmaq cəhdi 

 

Hazrki situasiyada Tbilisi və Yerevan arasında gərginliyin olduğu, ermənilərin Azərbaycan dövlətini və Borçalıdakı azərbaycanlıları bu konfliktdə tərəf olmağa çalışdıqları aydın sezilir. Amma bu cəhdlərin hamısının iflasa uğrayacağını və Gürcüstanda azərbaycanlıların ictimai həyatdakı rolu və cəmiyyətə inteqrasiyasının daha da sürətlənəcəyini əminliklə demək olar.

 

Bu məsələdən isə Ermənistan ciddi narahatdır. Ermənistan bütün gücünü işə salaraq Gürcüstanda Azərbaycana, azərbaycanlılara qarşı müxtəlif istiqamətlərdə cəbhə açıb.

Diqqət edin, bu il iyun ayının 13-də  Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi nümayəndə heyəti Gürcüstana səfər edir. Rəsmi və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilir.

Az keçməmiş Ermənistanın narahatçılığı üzə çıxır.

Ermənistanın Gürcüstandakı  səfiri iyunun  27-dən başlayaraq Marneulidə Diaspor Komitəsinin keçirdiyi  formatda görüşlər təşkil edir və guya problemlərlə maraqlanır.

Hətta Marneuli merinin funksiyasını icra edən Zaur Tabatadzeni də səfir öz kampaniyasına qatır.

 

Ermənistan Azərbaycanın Diaspor Komitəsi rəhbərliyinin bölgəyə səfərindən  sonra Marneuli barədə narahat olub. Görünən odur ki, onlar həm ermənilər, həm də gürcülərin yanında psixoloji üstünlük qazanmaq istəyirlər.

 

Ermənistanın Gürcüstandakı səfiri keçirdiyi görüşlərdə açıq şəkildə bildirir ki, Azərbaycanın region ilə bağlı daha ciddi planları var. O, bunu Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin səfəri ilə əlaqələndirir. Eyni zamanda ciddi narahatlıqların olduğunu da gizlətmir.

 

Hiss olunur ki, Ermənistan Azərbaycan-Gürcüstan münasibətlərindən əndişədədir. Azərbaycanın inkişafı, ətraf və uzaq ölkələrlə əməkdaşlığı düşmən ölkə üçün kabusa çevrilib. 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda apardığı işlər Ermənistanı narahat edir 

 

Qeyd edildiyi kimi, bir müddət öncə Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda yüksək səviyyədə görüşlər keçirdi. Yeni rəhbərliyin səfəri, həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə görüşləri çox önəmli oldu. Gürcüstanda yaşayan azərbaycanlılarla çox isti münasibət saxlanıldı və məhsuldar görüşlər keçirildi. Bu səfər nəinki rəsmi, siyasi tərəfdən, eyni zamanda, sadə vətəndaşlar tərəfindən də sevinclə qarşılandı.

 

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat  Ruslan Hacıyev bu məsələni belə şərh edib: “Ümumiyyətlə, ermənilərin hərəkətləri ciddi qəbul olunmur. Bədnam qonşularımızın o cür qıcıq yaradan davranışlarına fikir vermirik. Təbii ki, bu cür hallar olacaq. Kimin nə düşünməsindən asılı olmayaraq, Gürcüstan-Azərbaycan münasibətləri çox yaxşıdır. İki ölkə arasında dost münasibətlər mövcuddur. Həmin görüşlərdə Gürcüstandakı azərbaycanlılara Gürcüstan dövlətinə daha sıx bağlı olmaq tövsiyə olundu. Görünür, ermənilər bunun əksini gözləyirmiş. Ona görə də belə addımlar atırlar. 

Gürcüstanda yaşayan sıravi insanlar bu görüşü yüksək qiymətləndirirlər. İnanırıq ki, gələcəkdə Diaspor Komitəsinin yeni rəhbərinin atdığı addımlar bütün dünyada yaşayan azərbaycanlıları sevindirdiyi kimi, bizi də sevindirəcək. Çox istərdik ki, komitənin bu cür aktiv fəaliyyəti davamlı olsun”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
101 yaşın mübarək, Azərbaycan Respublikası! 27 May 2019, 15:16 “Azərbaycan dili” fənnindən qəbul imtahanının nəticələri AÇIQLANDI 27 May 2019, 15:13 Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda - FOTOLAR 27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11